Məxfilik siyasəti

Məxfilik siyasəti

 

TOPLANAN MƏLUMATLAR

Qeydiyyat prosesi zamanı qeydiyyat formasında göstərilmiş tələb olunan digər məlumatlarla yanaşı tam adınız, telefon nömrəniz, elektron poçt ünvanınız və faktiki ünvanınızı əldə edə bilərik. Vebsaytdakı fəaliyyətiniz zamanı siz kredit/debit kartı istifadə edərək və ya nağd ödəniş ilə sifariş yerləşdirdikdə biz sizin əməliyyat məlumatlarınızı əldə edə bilirik. Eyni zamanda, IP ünvanınız, istifadə etdiyiniz əməliyyat sisteminiz və brauzer məlumatlarınızı da toplayırıq.

TOPLANMIŞ MƏLUMATLARIN İSTİFADƏSİ

Biz sizin məlumatlarınızı aşağıdakı məqsədlərlə istifadə edə bilərik:
– Tələblərinizə cavab vermək məqsədilə xidmətlərimizi təkmilləşdirmək üçün müştərilərimiz və onların tələbləri ilə daha yaxından tanış olmaq.
– Sizi daha yaxşı müştəri dəstəyi ilə təmin etmək.
– Sizinlə ünsiyyət qurmaq. Hesabınızla əlaqədar problemlərin aşkarı və aradan qaldırılması zamanı, daşınma ilə bağlı sizi məlumatlandırmaq və ya yeni işlərimiz barədə məlumat əldə etməyinizə imkan yaratmaq.

TƏHLÜKƏSİZLİK

Siz sifariş yerləşdirərkən və məxfi məlumatlarınızı (kredit və ya debit kartındakı məlumatlar) təqdim edərkən onların təhlükəsizliyi və məxfiliyi OrbiTel, həmçinin MilliKart MMC tərəfindən təmin olunur. Nəzərinizə çatdırmaq istərdik ki, bütün şəxsi məlumatlar Secure Socket Layer (SSL) texnologiyası vasitəsilə ötürülür. Sizin kredit/debit kart nömrələriniz və şəxsi məlumatlarınız saxlanılmayacaq, satılmayacaq və ya hər hansı üçüncü tərəflə paylaşılmayacaq.

ÜÇÜNCÜ TƏRƏFLƏR

Qüvvədə olan qanunvericiliyə müvafiq şəkildə və ya Ödəniş Sistemi Təminatçısı (MilliKart MMC) kimi üçüncü tərəf xidmət təminatçıları və ya digər tranzaksiya prosessoru tərəfindən tələb olunmadığı halda biz sizin şəxsi məlumatlarınızı üçüncü tərəflərə ötürmürük.
Dəyişiklik və yenilənmələr
Biz məxfilik siyasətini dəyişmək və yeniləməklə edilən bütün dəyişikliklərin saytda yerləşdirilməsini təmin edəcəyik.