Zəmanət

Hörmətli müştəri!

Zəmanətli təmir yalnız istehsalçının günahından baş vermiş qüsurlara aid edilir!
Qüsurun istehsalçı tərəfindən baş verib verməməsi yalnız Orbitel şirkətinin avtorizə olunmuş Servis Mərkəzinin mütəxəssisləri və ya ixtisaslı mütəxəssislər tərəfindən təstiq edilə bilər.
Zəmanət müddəti satılan gündən hesablanır. 14 gün ərzində məhsulun əmtəə görünüşü pozulmayıbsa və işlədilmiş olmayıbsa müştərinin istəyi ilə qaytarıla vəya başqa model ilə dəyişdirilə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Təmirə ehtiyac olan məhsul, müayinə və ya təmirin icra olunması məqsədi ilə texniki servis mərkəzində 14 iş gününə qədər saxlanıla bilər.

Zəmanət öhdəliklərinin şərtləri

  1. İstehsalçının zəmanət öhdəlikləri OrbiTel  Servis Xidmətləri  tərəfindən yerinə yetirilir və “Orbitel” şirkəti tərəfindən Azərbaycan Respublikasının tədarük və satış üçün nəzərdə tutulan AR ərazisində satın alınan və uyğunluq sertifikasiyasında keçən məhsullara şamil edilir.
  2. İstehsalçı texnikaya satış tarixindən 12 ay müddətinə zəmanət verir. (Hazırki şərtlərin pozulması halları olmadıqda).
  3. Zəmanət və ya ödənişsiz xidmət müddətində məhsulun nasaz hissələrinin (detalların) dəyişdirilməsi məhsulu özünə və ya onun dəyişdirilmiş hissələrinə yenidən zəmanət və ya ödənişsiz xidmət Müddətinin təyin edilməsini nəzərdə tutmur.
  4. Məhsulun Komplekləşdirilməsinə daxil olan və ya çıxarılmayan akkumlyator batereyalarına satış tarixindən 6 ay müddətinə zəmanət verilir.
  5. Zəmanət öhdəlikləri aşağıda qeyd edilən ləvazimatlarına şamil edilmir:
    • Kabellər,keçiricilər,qulaqcıqlar. Adapter,
    • Müxtəlif tipli informasiya daşıyıcılar (Proqram təminatı ilə disklər,yaddaş kartları) və onlara yazılan proqram təminatı (PT).,
    • Çexollar,şunurlar,mobil telefon əlavə olunan sənədlər.,
  6. İstehsalçı aşağıdakı hallarda zəmanət öhdəliklərini daşımır:
    • Texnika birbaşa təyinatı üzrə istifad edilmədikdə,
    • Texnikaya əlavə olunan sənədlərdə göstərilən istismar və saxlanılma şərtləri pozulduqda.,
    • Texnikaya qeyri peşəkar təmir izləri aşkar edildikdə.,
    • Qüsur texnikanın istismar müddətində baş verən aşınma (təbii köhnəlmə) nəticəsində əmələ gəldikdə.
    • Qüsur texnikanın konstruksiya və ya sxeminin istesalçı tərəfindən nəzərindən tutulmayan dəyişdirilməsi nəticəsində yarandıqda.,
    • Qüsur kənar qüvvələrin təsiri , bədbəxt hadisə, istehlakçının və ya üçüncü şəxsin qəsdən və ya ehtiyatsızlkıqdan törədilən hərəkəti (hərəkətsizliyi) nəticəsində yarandıqda.,
    • Qüsur texnikanın rütubəti, yüksək və ya aşağı temperatur , korroziya, oksidləşməyə məruz qalması, daxilinə kənar əşya, maddə, maye və həşaratın düşməsi nəticəsində yarandıqda.
  7. Zəmanət öhdəlikləri texnikanın aşağıda qeyd edilən qüsurlaına şamil edilmir:
    • Texnika istehlakçıya təhvil veriləndən sonra yaranan mexaniki zədələr.,
    • Kompyuter virusları və anoloji proqramların təsiri, telofonun parolların dəyişdirilməsi və silinməsi, servis kodlarının qeyri peşəkar tətbiqi, texnika və istifadəçi PT-nın modifikasiyası və ya yenidən quraşdırılması (yenilənməsi), qeyri orijinal texnika və istifadəçi PT-nin quraşdırılması və istifadəsi nəticəsində əmələ gələn qüsurlar.,
    • Uyğunlaşmayan kontentin (melodiya, qrafik, video və digər fayllar, JAVA tətbiqi və oxşar proqramlar) əldə edilməsi, quraşdırılması və istifadəsi nəticəsində əmələ gələn qüsurlar.,
    • Qidalandırıcı, telekomnikasiya kabel şəbəkələri və digər oxşar xarici amillərin qeyri-qənaətbəxş işi və (və ya) onların parametlərin standartlara uyğun olmaması nəticəsində əmələ gələn qüsurlar.,
    • Telekomunikasiya şəbəkələrinin tutumunun azlığı və zəif radio siqnal, o cümlədən ərazidəki relyef və şəhər mühitinin xüsusiyyətləri səbəbindən, həmçinin telofonun sərhəd ərazilərində və ya əhatə dairəsi xaricində istifadə edilməsi nəticsəində əmələ gələn qüsurlar.,
    • Standarta uyğun olmayan və ( və ya) keyfiyyətsiz sərfiyyat materialları, ləvazimatları, ehtiyat hissələri, qidalandırıcı elementlər, müxtəlif tipli informasiya daşıyıcıların (o cümldən SİM-kartların, yaddaş kartarın) istifadəsi nəticəsində əmələ gələn qüsurlar.
  8. Mobil telefonun əlavə olunan sənədləşməsində göstərilən sazlanması istifadəçinin özü tərəfindən (mobil operatorun tövsiyyələrinə uyğun olaraq) həmdə bir çox müvafiq profilli MSM-nın Mütəxəssislərin və satıcı firmalar (bir qayda olaraq, ödənişli əsasla) tərəfindən həyata keçirilə bilər.,
  9. Mobil telefonun yaddaşında saxlanılan bütün məlumatların rezerv sürətini xarici informasiya Daşıyıcılarına köçürülməsini israrla tövsiyyə edirik. “Orbitel” bu məlumatların itirilməməsi, dəyişilməsi və ya istifadəsinin mümkünsüzlüyünə görə yaranan biləcək zərərə görə heç bir məsuliyyət daşımır.
  10. İstehsalçı məsulun insanlara, ev heyvanlarına, əmlaka birbaşa və ya dolayı yolla yetirilən mümkün Zərərə görə o halda məsuliyyət daşımır ki, bu istismara və saxlanma qaydaları və şərtlərinə əmələ Olunmaması, alıcının (istehlakçının) və ya üçüncü şəxslərin qəsdən və ya ehtiyatsızlıqdan törədilən Hərəkətinin (hərəkətsizliyinin) nəticəsində baş versin. Həmçinin istehsalçı müvafiq təyinatlı məhsulun Məlumatlarının itirilməsi, zədələnməsi, yaxud dəyişdirilməsi nəticəsdində yaran biləcək birbaşa və ya dolayı yolla yetirdiyi zərərə görə məsuliyyət daşımır.